“Səkkiz F-16 təyyarəsi Türkiyə-Suriya sərhəddi boyu patrul çəkiblər”.
Suriya-Türkiyə sərhəddində MiQ-29 qırıcısı hədəf qismində F-16 Türkiyə təyyarələrini yaxalayıb, TASS bu barədə Türkiyənin baş qərargahına istinadən bildirib.
Aktual.azxəbər verir ki, baş qərargahda təyyarənin mənsubiyyətinin müəyyən edilmədiyini bildiriblər.
Hadisə oktyabrın 5-də baş verib.
“Səkkiz F-16 təyyarəsi Türkiyə-Suriya sərhəddi boyu patrul çəkiblər. Bu tapşırığın yerinə yetirilməsi zamanı Miq-29 təyyarəsi 4 dəqiqə 30 saniyə ərzində təyyarələrimizi radarda hədəf alıb. Suriyada yerləşdirilən HƏM (hava əleyhinə müdafiə) sistemləri 4 dəqiqə 15 saniyə ərzində radarda bizim təyyarələri hədəf alıblar”, - baş qərargahdan bildirilib.
Daha öncə Türkiyənin Hərbi Nazirliyi bu qəbildən olan hadisənin oktyabrın 4-də baş verdiyini bildirmişdi. O zaman naməlum MiQ-29 Suriya sərhəddində iki türk qırıcısını radar ilə hədəf almışdı.
Oktyabrın 5-də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayorİqor Konaşenkov brifinqdə bəyan etmişdi ki, “Türk təyyarələrinin bazar günü guya naməlum Miq-29 tərəfindən təqibinə gəlincə, Rusiya aviaqrupuna bunun heç bir aidiyyatı yoxdur”.
“Bu növ təyyarələr Hmeyim (Suriya) aviabazasında yoxdur”, - o vurğulayıb.\oxuaz
Aktual.az