Bakıda səfirliyə məxsus avtomobil naməlum avtomobil tərəfindən vurulub.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Landau küçəsi 7-nin qarşısında baş verib.
Naməlum “Volkswagen” markalı avtomobil Bakı şəhər sakini, 39 yaşlı Elnur Şıxməmmədovun idarə etdiyi İran İslam Respublikası səfirliyinə məxsus “Mercedes” markalı avtomobili arxadan vurub.
“Volkswagen” markalı avtomobil hadisə yerindən uzaqlaşıb. Avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.