Namazda diqqətimizi necə cəmləyək?

Namazda diqqətimizi necə cəmləyək?

Yaxşı olar ki, namazda bədənimizlə üzü qibləyə dayandığımız kimi, qəlbimizi də ancaq Allahla məşğul edək.

Aktual.az  deyerler.org-a istinadən bildirir ki, çünki namazın dəyəri orada olan qəlb hüzurunun ölçüsündən asılıdır. Belə ki, əziz Peyğəmbərimizin (s) və İmamlarımızın (ə) namaz vaxtı yaxınlaşanda rəngləri dəyişərdi və özlərini o Böyük Xaliqin hüzuruna hazırlayardılar. Bilirdilər ki, Kimin qarşısında dayanacaqlar.

Əgər namaz vaxtı günah şeyləri fikirləşsən, namazın batil olmaz, ancaq onun dəyəri azalar. Namaz insanın Allaha yaxınlaşması üçün bir vasitədir. Günah insanı Allahdan uzaqlaşdırar və şəxsiyyətinin süqut etməsinə gətirib çıxarar.
Ona görə də çalışaq ki, namazda onun sözlərinə diqqət edək. Bilək ki, Allah bizi müşahidə edir və bu cür Rəhman Xaliqin qarşısında həm zahiri və həm də batini ədəbə riayət edək.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR