Namaz qılmaq üçün məscidə getdi - 3500 oğurladı

Namaz qılmaq üçün məscidə getdi   - 3500 oğurladı

Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib.

Hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb.

Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3 500 manat pul oğurlanıb.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1955-ci il təvəllüdlü Ağdam rayon sakini Kərimov Yaşar Ərşad oğlu saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Y.Kərimov namaz qılmaq üçün məscidə gəlib. O, bu əməli borcu olduğu üçün törətdiyini deyib.

Faktla bağlı araşdırmalara başlanılıb. //Report

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR