Nalbandyan Qarabağla bağlı suallardan imtina etdi

Nalbandyan Qarabağla bağlı suallardan  imtina etdi
  • DÜNYA

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərin Qarabağla bağlı suallarını cavablandırmaqdan imtina edərək ictimaiyyətin bu barədə sabah ətraflı oxuya biləcəyini vurğulayıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu müəmmalı bəyanatı Nalbandyan Ermənistan parlamentinin xarici məsələlər üzrə komitəsinin qapalı iclasından sonra bildirib.

`İclasda Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesi müzakirə olunubmu` sualına nazir belə cavab verib: “Təbii ki. Xarici məsələlərdən danışarkən necə Dağlıq Qarabağ məsələsinə toxunmamaq olar? Bütün məsələlər müzakirə olunub”.

Nalbandyanın sözlərinə görə, AŞPA-nın qış sessiyasında anti-erməni qətnaməsi də müzakirə olunub.

Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR