Nadirdən qızlara: "Sevirsən, öpüş göndər, özünü alçaltmaq olmaz"

Nadirdən qızlara:

Azərbaycan musiqisinin zənginliyi heç bir ölkədə yoxdur. Bizim ən balaca uşağımız belə onların dahilərindən istedadlıdır. Biz onların oxuduğunu oxuya bilərik, amma onlar bizimkini oxuya bilməzlər. 

Aktual.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Lider maqazin"ə açıqlamasında deyib. 

İfaçı xaricdən gələn müğənnilərə diqqət göstərilməsini qınayıb:

"Musiqimiz ağırdı. Onu oxumaq üçün ürək lazımdır. Bu ürək isə öz sənətkarlarımızda var. Qurban olaram öz sənətkarlarımızın ən pisinə də. Ən zəifimiz belə bütün dünyada olan sənətkarların dahisidir. Heç kim özünü alçaltmasın. Sevirsən, alqışla, öpüş göndər. Amma qışqırmaq, özünü alçaltmaq olmaz. Mən qızların qışqıran görüntülərinə baxdım. Özümü qızların yerinə qoydum. Sənətçini kübar qarşılamalısan. Deyirlər, Nadir Murad Bozu qısqanır. Nəyini qısqanım? Toyumu əlimdən alacaq? Əksinə onu bəyənirəm və bir vaxtlar mahnısını oxumuşam. Mən də öz ölkəmin Murad Bozuyam. Murad Alla Puqaçovadan yüksəkdir? Özümüzünkülərin qədrini bilək, bizdən heç yerdə yoxdur".

Aktual.Az

Xəbər 1259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR