Nadir Qafarzadə göz yaşlarında boğuldu

Nadir Qafarzadə göz yaşlarında boğuldu

"Deyirlər ki, guya mən vergidən yayınmaq üçün bunu edirəm"

Müğənni Nadir Qafarzadə Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib, etiraflar edib.

Tanınmış ifaçı müflisləşməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gəitirib: "Müflisləşmək ayıb bir şey deyil. Bağ evimi satdım. Çoxları deyirlər ki, guya mən göz qaçırtmaq üçün, vergidən yayınmaq üçün bunu edirəm. Gələcəkdə də yenə imkan olmasa, ola bilər ki, nələrisə satım. Məsələn, üzüyümü, saatımı sata bilərəm. Bu müvəqqəti çətinlikdir, sadəcə ehtiyac var idi. Mənim övladım xaricdə təhsil alır, çox bahalı bir şəhərdə yaşayır. Onun təhsili mənim üçün daha önəmlidir, nəinki bağ evim".

Sevilən müğənni həyat yoldaşı Sevinc xanım haqda etiraflar edib, ona ismarış yollayıb: "O xanıma minnətdaram. Nə yaxşı ki, bizim gözəl ailəmiz var. Pulumuz olmasa da, olar. Ona bir şey olsa, mən də yaşaya bilmərəm. Onsuzluğun nigaranlığı ilə yaşaya bilmərəm. O biri dünyaya da nigaran gedərəm. Hərdən mənə elə gəlir ki, həyata onunla başlamışam və onunla da bitirəcəyəm. Ondan yox, onsuzluqdan qorxuram. Nə yaxşı ki, məni yaşamağa, həyata sövq etdin, həvəsləndirdin. Sən olmasaydın, bəlkə, mən də həyatda olmazdım".

// Aktual.az

Xəbər 1983 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR