Әn çox üstünlük verilən 20 kişi ətiri

Әn çox üstünlük verilən 20 kişi ətiri

Gözəl qoxu bir qadına təsir etməyin kilid nöqtələrin biridir. Bu səbəbdən qadınların ən çox bəyəndiyi, kişilərin isə ən çox üstünlük verdiyi 20 kişi ətirini sizlərlə paylaşırıq.
 
1. Christian Dior Homme Intense – Dünyanın ən prestijli ətir markalarından biri olan Christian Dior’dan kişilər üçün xüsusi hazırlanmış Dior Homme Intense, baş gicəlləndirici ətri ilə ən çox seçilən kişi ətirlərində biridir
 
 
2. Bvlgari Aqva Pour Homme – Aqva Pour Homme, güclü və cazibədar kişini təmsil edən, okeanın dərin mavisinin fərahlığını daşıyan bir qoxudur.
 
 
3. Giorgio Armani Acqua Di Gio – Acqua Di Gio, küləyin güclü əsintisinin, suyun şəffaflığının və sonsuz azadlığın qoxusu olaraq kişilər tərəfindən ən çox seçilən ətirlərdən biridir.
 
 
4. Paco Rabanne Black XS – Qeyri-adi qoxuya sahib olan Black XS qalıcılığı ilə olduqca müvəffəqiyyətli, ən çox seçilən kişi ətirlərindən biridir.
 
 
5. Givenchy Pi – Pi simvolu kişinin gərgin və həssas quruluşu ilə daxili dünyasında tarazlığı və dincliyi təmsil edir. Romantik və güclü kişinin qoxusu olan Pi, ən məşhur kişi ətirlərinin arasında yerini almışdır.
 
 
6. Armani Black Code – Qeyri-adi bir zərifliyi və xarizmanı ifadə edən Armani Black Code, təcrübəli bir kişi üçün ovsunlayıcı və başdan çıxarıcı qoxudur.
 
 
7. Diesel Fuel For Life – Şirin aromatik notlara sahib Diesel Fuel For Life enerjili, təhrikedici və cazibədar kişiyə xas bir ətirdir.
 
 
8. Issey Miyake L’Eau D’Issey Pour Homme – Yüngül sitrus qoxusu ilə L’Eau D’Issey Pour Homme bütün dünyada kişilərin ən çox seçdiyi ətirlərdən biridir.
 
 
9. Carolina Herrera 212 Men – Tərkibində qardeniya, sitrus bitkisi yarpaqları, səndəl ağacı, zəncəfil, bibər, kəhrəba və müşk olan, qalıcı, gənc, enerjili, kişiyə xas qoxusuyla 212 Men ən çox seçilən kişi ətirlərindəndir.
 
 
10. Joop! Homme – Duyğusal və ekzotik notlarıyla kişiyə xas duyğuları ortaya çıxaran Joop! Homme kişilərin imtina edilməz ətirlərindən biridir.
 
 
11. Guerlain Homme – Aqressiv olmayan, klassik və şirin qoxuları öz tərkibində saxlayan bu ətir, kişiyə xas qoxuları da tam qərarında özünə əlavə edərək, qoxusuyla asılılıq yaradan ən yaxşı kişi ətirlərindən biridir.
 
 
12. Dior Fahrenheit – Aromatik qoxuya sahib başdançıxarıcı Dior Fahrenheit də ən çox seçilən kişi ətirlərindən biridir.
 
 
13. Davidoff Cool Water – Okeandan aldığı ilhamla dərin bir təravət hissi verən Davidoff Cool Water, maskülen qoxusuyla önə çıxır.
 
 
14. Calvin Klein Euphorie Intense – Cəsur qoxusuyla, qadınların ən bəyəndiyi kişi ətirlərdən biri olan Calvin Klein Euphorie Intense ekzotik qoxusu ilə olduqca təsir edici və müvəffəqiyyətli bir kişi ətiridir.
 
 
15. Thierry Mugler Angel Men – Tərkibində hər hansı bir şirin ətir saxlamayan Angel Men, ədviyyat ağırlıqlı qoxusu ilə ən çox seçilən kişi ətirlərindən biridir.
 
 
16. Hermes Terre D’Hermes – Şüşəsinin dizaynı və rəngiylə belə insanı valeh edən Terre D`Hermes qreypfrut, portağal, qara bibər, ətirşah yarpaqları və sidr ağacının qoxularını özündə birləşdirir.
 
 
17. Dolce & Gabbana The One For Men – Dolce & Gabbana The One For Men çox məşhur və seçilən məşhur kişi ətiridir.
 
 
18. Paco Rabanne One Million For Men – Şirin qoxulu One Million For Men, fresh və ədviyyatlı ətri, xüsusi qutusu və xüsusi şüşə dizaynı ilə böyük diqqət çəkmiş ətirlərdən biridir.
 
 
19. Lacoste Red – Aromatik qoxusu ilə diqqət çəkən Lacoste Red’in tərkibi yaşıl alma, Sibir şamı, jasmin, sidr ağacı, paçuli, vetiver və ağ müşkdən ibarətdir.
 
 
20. Calvin Klein One – CK One həm qadınlar həm kişilər tərəfindən çox seçilən, hər kəsə yaraşan, universal və gündəlik bir ətirdir.//bildirchin.az
 
 
Xəbər 895 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR