Xalq artisti Muxtar Maniyev Qala qəbiristanlığında dəfn olunacaq.
Aktual.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib.
O bildirib ki, vida mərasimi bu gün saat 14:00-da Təzəpir məscidində keçiriləcək:
"Təklif olundu ki, Fəxri xiyabanda dəfn edilsin, razı olmadıq. Vəsiyyət eləmişdi ki, ata-anasının yanında torpağa tapşırılsın. Ona görə Muxtarın vəsiyyətini yerinə yetirib, Qala qəbiristanlığında dəfn edəcəyik”.
Aktual.az
Xəbər 714 dəfə oxunub.