Muxtar Maniyevin vəziyyəti yaxşıdır

Muxtar Maniyevin vəziyyəti yaxşıdır

Xalq artisti Muxtar Maniyevin durumu yaxşıdır və müalicəsini evdə davam etdirir.

Aktual.az xəbər verir ki, bu barədə "Report"a xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. Onun sözlərinə görə, aktyorun səhhəti qənaətbəxşdir:

"Muxtar, bağ evindədir və müalicəsi davam edir. Ayağının tikişləri hələ sökülməyib. Özünü gün keçdikcə daha yaxşı hiss edir. Yemək yeyir, danışır, fikirlərini aydın ifadə edə bilir. Şükür Allaha əhvalı düzəlir".

Qeyd edək ki, 80 yaşlı xalq artisti şəkər xəstəliyindən əziyyət çəkir. Onun sol ayağı topuqdan aşağı amputasiya edilib.

 
Xəbər 737 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR