Muxtar Babayev futbol klubundan getdi

Muxtar Babayev futbol klubundan getdi

"Sumqayıt" futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.


Klubdan "Reporta” verilən məlumata görə, toplantıda şuranın 7 üzvündən Muxtar Babayev, Vaqif Ömərov, Hacı Salayev, Teymur Səmədov, Telman Salahov, Abdulla Məmmədov və komandanın prezidenti Riad Rəfiyev iştirak ediblər.

Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunduğundan Müşahidə Şurasına müraciət edərək üzvlükdən azad olunmasını istəyib. İclas zamanı Müşahidə Şurasının sədri Abdulla Məmmədov, öz növbəsində, Muxtar Babayevə 8 il ərzində "Sumqayıt"a və idmana göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Sonda isə Muxtar Babayevin müraciəti qəbul edilib və onun Müşahidə Şurası üzvlüyündən azad olunması qərara alınıb.

 
Aktual.az
Xəbər 805 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR