Müttəfiqlərsiz güclü ABŞ yoxdur - Polşa

Müttəfiqlərsiz güclü ABŞ yoxdur - Polşa

NATO ABŞ-sız mümkün olmadığı kimi, müttəfiqlərsiz də güclü ABŞ yoxdur.
Aktual.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ Prezidenti Donald Trampın ABŞ-ın NATO-dan çıxmaq ehtimalı ilə bağlı sözlərinə reaksiya verərkən bildirib.
"Bu, hər iki istiqamətdə işləyir”, – o deyib və liderləri "soyuqqanlılığı qorumağa” çağırıb.
"Bu gün dünya daha çox Yaxın Şərqə diqqət yetirir, lakin NATO-nun şərq cinahının təhlükəsizliyi ikinci plana keçmir. Polşa regionun təhlükəsizlik arxitekturasının qurulmasında əsas rol oynayır. Biz ardıcıl və müstəqil şəkildə həm özümüzün, həm də alyansımızın gücünü möhkəmləndiririk”, - nazir vurğulayıb.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR