Müstəsna hallarda seçki məntəqələrinin yaradılmasında son gün

Müstəsna hallarda seçki məntəqələrinin yaradılmasında son gün

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar müstəsna hallarda seçki məntəqələrinin yaradılması müddəti bu gün başa çatır.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Seçki Məcəlləsinə əsasən, seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.

Müstəsna hallarda isə seçki məntəqələri müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq, müvafiq qurumların rəhbərləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır.

Qeyd edək ki, müstəsna hallarda seçki məntəqələrinin yaradılması səsvermə günü ümumi seçki məntəqəsində səs verməyə gələ bilməyən seçicilər üçün nəzərdə tutulur. Məsələn, səsvermə günü üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), xüsusi rejimli hərbi hissələrdə müstəsna hallarda seçki məntəqələri yaradıla bilər.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR