Mustafa Cəmilevin oğluna hökm 5,5 il həbs

Mustafa Cəmilevin oğluna hökm  5,5 il həbs

Krasnodar diyar məhkəməsi (Rusiya) Xayser Cəmilevi 5,5 il müddətinə azadlıqdan məhrum edib. 

Ukrayna Ali Radasının deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilevin oğlunu ehtiyatsızlıqdan adam öldürməkdə, silah oğurluğu və saxlanılmasında günahkar biliblər.

Müttəhimin vəkili Nikolay Polozov öz Tvitterində bildirib ki, qərardan şikayət edəcək.

Hökm oxunmazdan əvvəl çıxış edən kiçik Cəmilev törətdiyi əməldən peşman olduğunu bildirib.

Aktual.az

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR