Sentyabrın 14-dən 20-dək Rusiyanın Həştərxan şəhərində ("Qızıl çölün səsləri2015") V Beynəlxalq etnomusiqi festival-müsabiqəsi keçiriləcək.
Aktual.az-ın AzərTac-a istinadən xəbərinə görə, festivala Rusiyanın bir neçə regionlarından, Azərbaycan və Qazaxıstandan 200 nümayəndənin qatılacağı gözlənilir.
Yaradıcılıq yarışları "Ənənəvi xalq instrumental ifaçılığı", "Solo xalq ifaçılığı", "Ənənəvi xalq xoreoqrafiyası", "Ənənə xalq ansambl ifaçılığı" nominasiyalarında aparılacaq. Festivalın münsiflər heyətinə Rusiya, Fransa, Xorvatiya, Şri-Lanka, Belarus, Litva, Bosniya və Herseqovina, Azərbaycan, Böyük Britaniya, Çin, Almaniya və İtaliyadan folklorçular, etnomusiqi üzrə tədqiqatçılar daxildir. Festival çərçivəsində, həmçinin müsabiqələr, sərgilər, ustad dərsləri və yaradıcılıq görüşləri keçiriləcək.