Musiqi əməliyyat ağrılarını azaldır

Musiqi əməliyyat ağrılarını azaldır

İngilis elm adamlarının araşdırması nəticəsində məlum olub ki, əməliyyat əsnasında musiqi dinləmək olduqca vacib bir prosesdir.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatına görə, əməliyyat öncəsi və sonrasında musiqi dinləyən xəstələrin ağrısının daha az olduğu müşahidə olunub. 

İngiltərədəki “Queen Mary Universiteti”nin elm adamlarının araşdırmasında 7 mindən çox xəstənin məlumatları toplanıb. Bəziləri musiqinin ağrı kəsici, bəziləri isə rahatlaşdırıcı təsirinin olduğunu deyib.

Əməliyyat əsnasında, əvvəl və sonrasında musiqi dinləmək ağrıları yüngülləşdirdiyi üçün xəstələrə daha az ağrı kəsici verilir. 

Elm adamları, ümumi anesteziya zamanı belə musiqinin müsbət təsirlərini müşahidə edib.  

Mütəxəsislər tərəfindən musiqinin ən ucuz və etibarlı bir ağrıkəsici vasitə olduğu vurğulanır. 

Araşdırmanın nəticələri "Lancet" jurnalında nümayiş olunub.

 
Xəbər 635 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR