"Suriyadan olan yüz minlərlə qaçqının gəlməsi ölkəmizin infrastrukturuna və iqtisadiyyatına problem yaratdığından çox güman ki, onların qəbulunu dayandırmaq məcburiyyətində qalacağıq".
Aktual.az Report-a istinadən bildirir ki, bunu İordaniyanın kralı II Abdullah BBC-yə müsahibəsində bildirib.
"Gec-tez sədd dağılacaq... Fikrimcə, vəziyyət qaynama nöqtəsinə çatıb", - deyə o, vurğulayıb.
İordaniya kralının sözlərinə görə, ölkə büdcəsinin 25 faizi qaçqınlara yardıma xərclənir, sosial xidmətlər imkanları xaricində fəaliyyət göstərir, işsizlik artır.
Qeyri-rəsmi məlumatlara əsasən, BMT-nin qeydə aldığı 4,6 milyon suriyalı qaçqından 635 min nəfəri İordaniyaya sığınıb.
Qeyd edək ki, rəsmi Ankara iki milyoindan çox suriyalı qaçqının Türkiyəyə sığındığını bildirir.