Müşavir: "12 yaşdan aşağı uşaqların maska taxmasına ehtiyac yoxdur"

Müşavir:

"Uşaqların virusa yoluxma faizi aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə 12 yaşdan aşağı uşaqların maska taxılması valideyinlərin ixtiyarına verilib". 
Aktual.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 
O bildirib ki, bununla bağlı valideynlərə tövsiyə veriləcək:
"Maska istifadəsi azyaşlılar üçün virus mənbəyinə səbəb olar. Ona görə də aşağı sinif şagirdlərinin maska taxıb-taxmaması qərarını valideynlər verəcək". 
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR