“Müsavat Partiyasının seçkilərdə iştirakı dayandırmaq barədə qərarı başqa bir məqsədə xidmət edən bir adımdır”.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün MSK-da keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, MSK Müsavat Partiyasının seçkilərdə iştirakı dayandırmaq barədə müraciətini müzakirə edib:
“Seçki Məcəlləsində bunun həlli yoxdur. Heç kəs namizədin adını seçki bülletenindən çıxara bilməz. Biz dairə seçki komissiyaların çatdırdıq ki, bu mümkün deyil. Seçkiyə 10 gün qalmışa qədər ola bilərdi. Hətta 10 qalmış da gecdir. 10 gündəm gec isə ümumiyyətlə mümkün deyil. Buna heç kimin ixtayırı yoxdur. Bu başqa məqsədə hesablanmış bir addımdır. Burada böyük bir elm yoxdur. Hamı bilir ki, 10 gendən gec bu mümkün deyil. Bizə bir təssürat yarandı ki, bu başqa bir məqsədə xidmət edən bir adımdır”.