Müsavat Partiyası parlament seçkilərində iştirakını dayandırıb.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə qərar Müsavat Divanının bu gün keçirilən növbədənkənar iclasında qəbul olunub.
Qərardan irəli gələn məsələlərin həlli Müsavat Partiyası Mərkəzi Seçki Qərargahına tapşırılıb.
A. Hacılı ümid etdiyini bildirib ki, Müsavat Partiyasının deputatlığa namizədliyi qeydə alınan üzvləri partiyanın seçkilərdə iştirakının dayandırılması barədə qərarını düzgün qəbul edəcək və seçkidə iştirakı dayandıracaqlar.
O, qeyd edib ki, bununla belə, Müsavat Partiyasının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasında qeydə alınıblar və Müsavat Partiyası seçkiləri müşahidə edəcək, bu sahədə fəaliyyətini REAL və NİDA ilə əlaqələndirəcək.