İsveçin "Yurqarden” klubunun idman direktoru Bosse Andersson "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının mümkün keçidinə münasibət bildirib.
Aktual.az-ın məlumatına görə, funksioner "Varberq"ə 2:0 hesabı ilə qalib gəldikləri çempionatın XIII tur oyunundan sonra bu barədə "Football" telekanalına açıqlama verib.
Andersson 21 yaşlı forvardın həmin qarşılaşmanı "Tele2 Arena"da tribunadan izlədiyini söyləyib: "O, burada idi. Matça baxırdı. Bu isə o deməkdir ki, bizim danışığımız var. Musa haqqında yaxşı təəssürat yaranıb. Çox qol vuran, millidə və "Qarabağ" klubunda çıxış edən hücumçudur".
Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"ın əsas komandasındadır. Onun Stokholm təmsilçisi ilə üçillik müqavilə imzalayacağı gözlənilir.
Xəbər 244 dəfə oxunub.