Musa Qasımlı Sabir Rüstəmxanlıya rəqib oldu

Musa Qasımlı Sabir Rüstəmxanlıya rəqib oldu

Tarixçi alim, millət vəkili Musa Qasımlı növbəti Parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.

Aktual.az aznews.az-a istinadən xəbər verir ki, o bu dəfə doğulduğu rayondan – 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizəd olub.

Maraqlıdır ki, həmin dairədən Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının namizəd olacağı gözlənilirdi. Partiya sədri namizədliyini hələlik rəsmən irəli sürməsə də, KİV-də o, Yardımlıdan namizəd kimi artıq təqdim edilir.

Belə çıxır ki, hazırda həmin dairədən deputat olan Xalq şairi namizəd olarsa, M.Qasımlıyla rəqabət aparmalı olacaq.

 
Xəbər 891 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR