“Bakı Beynəlxalq Avtovağzalı qarşısında baş verən sürüşmə dayanıb. Orada bərkitmə işləri aparılıb”.
“APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Nazir müavini bərkitmə işlərinin hazırda da davam etdirildiyini açıqlayıb. Onun sözlərinə görə, bu proses yaxın zamanlarda yekunlaşacaq.