Misirdə Appelyasiya məhkəməsi Mursinin edam qərarını ləğv edib.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Misirdə hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan ölkənin ilk seçilmiş prezidenti Muhammed Mursinin edam cəzası ləğv edilib.
3 iyul tarixində hərbi çevrilişdən sonra həbs edilən keçmiş prezident Mursi haqda qəbul edilən edam qərarı Appelyasiya məhkəməsi tərəfindən ləğv edilib. Eks-prezidentin yenidən mühakimə edilməsi tələb edilir.
Qeyd edək ki, 25 yanvar 2011-ci ildə prezident Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən xalq üsyanında 11 həbsxana və polis idarəsinə hücum edərək 3 zabiti qaçırmaqda günahlandırılan 131 şübhəli şəxs haqda "Həbsxanalar basqını" cinayət işi qaldırılmışdı.
Aktual.az
Xəbər 401 dəfə oxunub.