Mursi haqqındakı edam qərarında kritik gün

Mursi haqqındakı edam qərarında kritik gün

Misirin ilk seçilmiş və hərbi çevrilişlə devrilmiş prezidenti Məhəmməd Mursi haqqındakı məhkəmənin çıxardığı edam hökmü ilə bağlı bu gün qəti qərar verilə bilər. 

Avropa.info xəbər verir ki, Qahirə Məhkəməsinin çıxardığı edam qərarı ilə bağlı bu gün Misir müftiliyi qəti qərarını verməlidir.

Misirin Əl-Ahbar qəzetinin yazdığına görə, müftiliyin hələ qəti qərar verməməsi səbəbindən ola bilsin ki, yekun qərarın verilməsi təxirə salınsın.

Qeyd edək ki, Türkiyə başda olmaqla bir çox dövlətlər və beynəlxalq təşkilatlar Mursi haqqında çıxarılmış qərarı Misirdəki xunta hakimiyyətinin qanunsuzluğu hesab edir.

Aktual.az

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR