Ömürlük azadlıqdan məhrum edilən sabiq OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov Ali Məhkəməyə kassasiya şikayəti verib.
Aktual.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, şikayətə martın 14-də Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Ömürlük azadlıqdan məhrum edilən keçmiş OMON-çular kassasiya şikayətində cəzalarının 20 illik cəza ilə əvəz edilməsini istəyiblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 1996-cı ildə ölüm cəzasına məhkum edilib. 1997-ci ildə onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.
Hər 3 şəxs ötən il Qaradağ rayon Məhkəməsinə müraciət edərək cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Məhkəmə isə müraciətləri rədd edib.
Aktual.az
Xəbər 283 dəfə oxunub.