Azərbaycan Münhen təhlükəsizlik konfransında ən yüksək səviyyədə təmsil olunacaq.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqo Vallströmlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan energetika məsələləri üzrə paneldə iştirak edəcək.
Qeyd edək ki, fevralın 12-də Almaniyada 3 günlük Münhen təhlükəsizlik konfransı işinə başlayacaq.