"Münaqişə artıq həll olunub" - Ceyhun Bayramov


"Münaqişə artıq həll olunub. Azərbaycan regionda sülhün və təhlükəsizliyin tərəfdarıdır".
 
Aktual.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu məsələdə Rusiyanın dəstəyini yüksək qiymətləndiririk. Üçtərəfli Bəyanat təhlükəsizliyə təminat verir.

Azərbaycanın Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri apardığını diqqətə çatdıran nazir qeyd edib ki, Rusiya şirkətlərinin bu prosesdə iştirakında maraqlıyıq.
Xəbər 785 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR