Ümumrusiya Azərbaycan Konqresi və ASGA Gənclər Gününü qeyd etdi - MOSKVADA

Ümumrusiya Azərbaycan Konqresi və ASGA Gənclər Gününü qeyd etdi   - MOSKVADA

Rusiya Federasiyasının Moskva şəhərində 02 fevral gənclər günü münasibəti ilə Ümumrusiya Azərbaycan Konqresinin və Azərbaycan Slavyan Gəncləri Asossaiyasının birgə təşkilaçılığı ilə möhtəşəm tədbir keçirilmişdir. Tədbirdə Rusiyada yaşıyan Azərbaycanlı ziyalılar, yazıçı və şairlər həmçinin diasporamızın aktiv gəncləri iştirak edirdilər.

Tədbirin aparıcısı ÜAK ın içraçı direktorunun gənclər üzrə müavini Cavid İbrahimov tədbiri açıq elan edərək təşkikatçılar adından bütün Azərbaycan gəncliyini gənclər günü münasibəti ilə təbrik etdi.

Sonra ilk olaraq sözü Ümumrusiya Azərbaycan Konqresinin icraçı drektoru İlqar Hacıyev verdi. İlqar müəllim gəncləri təbrik etdikdən sonra onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb bir sıra məsləhətlər verdi. İndiki gənclərin imkanlarının və həyat şəraitinin daha yaxşı olmasından söz açan İlqar müəllim illər əvvəl diaspora fəaliyyətinə başlayarkən bu işlərin necə də çətin olmasından söz açdı. İndi elim və texnikanın inkişafı, internetin olması, mobil telefonların olması müasir gəncliyin işini asanlaşdırdığın və təşkilatlanmanın daha sürətli həyata keçirildiyini xüsusi ilə qeyd etdi.

Daha sonra çıxış üçün söz “Şəhriyar Ədəbi Mənəvi Cəmiyyətinin” sədri Vasif Məmmədova verildi. Vasif müəllim gəncləri təbrik etdikdən sonra bu günkü gəncliyin daha sıx şəkildə birləşməyinin necə vacib məsələ olduğun diqqətə çatdırdı. Sonra sözünə davam edib, biz ağsaqqallarında borcu odur ki, bu günkü gəncliyi dəstəkləyib onların qarşılaşdığı çətinliklərin həllində hər zaman onların yanında olub, onlara doğru və düzgün yolu göstərməliyik dedi.

Daha sonra söz alan Əməkdar müəllimə Aida Quliyeva ilk öncə gəncləri təbrik edib, sonra onlara öz dəyərli məsləhətlərin verdi.

“Nicat” qadnlar cəmiyyətinin həmsədri şairə Afaq Şıxlı öz çıxışında bütün gəncləri öz övladı kimi gördüyünü, onların hər işində əlindən gəldiyi qədər dəstək olmağa çalışdığını və bütün gənclərlə fəxr etdiyini dilə gətirdi. Sonra gənclərə bəzi iradlarını da bildirdi. İlk öncə hər bir azərbaycanlı öz dilini mükəmməl bilməlidir deyən Afaq Şıxlı belə tədbirlərdə öz doğma dilimizdə danışmağın vacibliyini dilə gətirdi.

Azərbaycanlı alim Əşrəf Hüseyinli gəncləri təbrik etdikdən sonra bir çox vacib məsələlərə toxunub gənclərə öz dəyərli məsləhətlərin verdi və hər zaman gəncləri dəstəklədiyin və onların uğurlarına sevindiyin bildirdi.

Daha sonra çıxış edən ÜAK ın Moskva bölməsinin icracı direktoru Şamil Tağıyev gəncləri bu gözəl bayram münasibəti ilə təbrik etdi və sonra bu gün diasporalarımızın sürətlə gəncləşdiyini, gənclərimizin əvvəlki illərə nisbətən daha aktiv diaspora fəaliyyəti ilə məşğul olduğunu və daha sıx təşkilatlandığın söylədi. Daha sonra Rusiyada xüsusi ilə Moskva şəhərində yaşayan gənclərin bu gün belə aktiv təşkilatlanmağının və böyük nəaliyyətlər əldə etməyinə zəmin yaratdığı və gəncləri dəstəklədiyi üçün öz adından və Rusiyada yaşayan Azərbaycan gəncləri adından Leyla xanım Əliyevaya öz təşəkkürünü bildirdi.

Daha sonra tədbirdə iştirak edənlər, Mehriban Xanlarova, Sultan Mərzili, Nofəl Rüstəmov, Yaşar Süleymanlı, Ellaz İsmayılov, Yaşar Məcidov, Samirə Zeynalova və başqaları gəncləri təbrik edərək öz ürək sözlərin söylədilər.

Sonda çıxış edən tədbirin təşkilatçısı “Azərbaycan Slavyan Gəncləri Asossasiyasının” Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib, Ulu öndər Heydər Əliyev tərəfindən təsis edilən gənclər günü münasibəti ilə Azərbaycan gəncliyini təbrik etdi . Daha sonra bu gün Dövlətimizin, Cənab Prezidentimiz İlham Əliyevin və Leyla xanım Əliyevanın gənclərimizə göstərdiyi diqqət və qayğıdan söz Toğrul Allahverdili onlara bütün gənclər və şəxsən öz adından təşəkkürünü bildirdi. Sonra diaspora fəaliyyəti ilə aktiv məşğul olan gəncləri “Azərbaycan Slavyan Gəncləri Asossasiyasının” diplomları ilə təltif etdi.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra gənclərə və tədbir iştirakçılarına bayram münasibəti ilə ziyafət verildi.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR