Mülki müdafiə qoşunlarının əsgəri qızıl medal qazandı

Mülki müdafiə qoşunlarının əsgəri qızıl medal qazandı

FHN əməkdaşı cüdo üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb.

Aktual.az xəbər verir ki, 2-3 iyul 2022-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində Cüdo üzrə böyüklər arasında Açıq Avropa turniri keçirilib. Yarışda 32 ölkənin 200-dən artıq idmançısı iştirak edib.

Beynəlxalq turnirdə Azərbaycan cüdo millisinin üzvü Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının əsgəri Murad Fətiyev 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.

Qeyd edək ki, Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR