Bu müharibəni Rusiya tərəfindən yalnız Putin bitirə bilər.
Aktual.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"Sülh sazişinin bağlanması ilə bağlı etimad səviyyəsindən danışmaq çətindir, çünki nəticə etibarilə, Rusiyanın vəziyyətində qərarları yalnız Putin verməlidir. Rusiya tərəfində bu müharibəyə yalnız Putin son qoya bilər. Biz bunu araşdıracağıq. Bunun işləməsi üçün əlimizdən gələni edəcəyik. Son 10 ayda məqsədimiz bu olub”, - Rubio bildirib.
Xəbər 75 dəfə oxunub.