40 günlük müharibə ərzində İran və Livandan atılan minlərlə raket və mərmi İsrailə ciddi ziyan vurub.
Aktual.az xəbər verir ki, bu barədə "Ynet” məlumat yayıb.
Bildirilib ki, müharibə ərzində ümumilikdə 42 nəfər ölüb.
İsrail Səhiyyə Nazirliyi isə bildirib ki, müharibə başlayandan bəri 7451 nəfər xəstəxanaya yerləşdirilib:
"Yaralılar arasında hərbçilər və mülki şəxslər var”.
Qeyd edək ki, ötən gün İran və ABŞ iki həftəlik atəşkəslə bağlı razılığa gəlib.
Xəbər 41 dəfə oxunub.