Müharibə veteranlarından Roma papasına müraciət

Müharibə veteranlarından Roma papasına müraciət

Azərbaycanın bir qrup II Dünya Müharibəsi veteranı Roma papası Fransiskə müraciət ünvanlayıb.

Aktual.az-a daxil olan müraciətin mətnində veteranlar Papaya Ermənistan səfərini uğurla başa vurmağı arzulayıblar, bununla yanaşı bu ölkədə dövlət səviyyəsində aparılan faşist ideyalarının təbliğatına diqqət çəkiblər. Onlar qeyd ediblər ki, Ermənistanda “milli qəhrəman” kimi təqdim edilən SS erməni legionunun rəhbərləri Dro və Njde kimi tanınan generallar Drastamata Kanayan və Qareqin Ter-Arutyunyan Ukrayna və Polşada 10 minlərlə yəhudi və nasist ideologiyasına tabe olmayanları kütləvi şəkildə konsentrasiya düşərgələrində öldürüblər:

“İrəvanın mərkəzində faşist cinayətkarının xatirəsinin əbədiləşdirilməsi mərasimində şəxsən president Serj Sarkisyan iştirak edib. Hansıki Sarkisyan bir il əvvəl faşizmdən zərər görmüş ölkə liderləri ilə birgə Moskvada keçirilən Qələbə paradında iştirak etmişdi.

Bizi dünya ictimaiyyətinin bu məsələyə heç bir reaksiya verməməsi təəccübləndirir. Nasist cinayətkarları Dro və Njdenin adına xatirə sikkələri buraxılır, filmlər çəkilir. Njdenin adına İrəvanda meydana, metro stansiyasına verilir. Başa düşmürük, Ermənistanın belə bir hərəkət üçün xüsusi haqqı hardandır?

Bu, ölənlərin xatirəsini təhqir etmək demək deyil?”.

Sonda müharibə veteranları Roma papasından nasist cinayətkarları, xüsusən, Hitlerin ortağı Qareqin Njdenin abidəsinin bərpasına mane olmağa və onun sökülməsinə nail olmaq üçün Ermənistan rəhbərliyinə təsir etməsini xahiş ediblər.

Rzayev Dadaş Qərib oğlu
Ağahüseynov Tofiq Yaqub oğlu
Səmədov Ağadadaş Əbdülqasım oğlu
Rzayeva Mariya Stepanovna
Qritçenko Aleksandr Aleksandroviç
Qadimova İrina İvanovna
Fərəcov İsmayıl Mövsüm oğlu
Sarıyev Qara Əli oğlu
Cəfərova Sofiya Haşım qızı
İbrahimnov İsmayıl Əli oğlu
Hüseynov Bahadur Məmmədqulu oğlu
Xəlilov Cəlil Məlik oğlu
Moxin Lev Mixayloviç
Hacıyev Atabala Qazi oğlu

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR