Müharibə uzanır, Rusiya məhv edir... - BVF

Müharibə uzanır, Rusiya məhv edir... - BVF
  • DÜNYA

Beynəlxalq Valyuta Fondu Ukraynada müharibənin uzanacağını proqnozlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə BVF-nin Avropa departamentinin direktoru Alfred Kemmer deyib.
O qeyd edib ki, Rusiya Ukraynanın infrastrukturunu məhv edir və yalnız iqtisadiyyata deyil, insanlara da ziyan vurur:
"Şadam ki, Ukraynanın tərəfdaşları bunun təsirini azaltmaq üçün çox çalışırlar".
Kemmer bildirib ki, gələn il Ukrayna iqtisadiyyatı üçün artım proqnozunun azalması məhz müharibə ilə bağlıdır:
"Avropa son illər böyük həmrəylik nümayiş etdirir və Ukraynadan olan qaçqınları qəbul edir. Həqiqətən ümid edirəm və bu həm də hökumətin ümididir ki, ukraynalılar Ukraynada qala biləcəklər, onlar mümkün olan hər şeyi edəcəklər ki, ukraynalılar öz ölkələrini tərk etməyə məcbur olmasın. Ukrayna üçün əsas problem müharibənin daha uzun müddət davam etməsi və əhaliyə ağrı-acı verməsidir. Bunu dayandırmaq çox çətindir”.
Xəbər 155 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR