Bölgəmizin bu qarışıqlıqdan ən qısa zamanda xilas olması üçün bütün resurslarımızı səfərbər etmişik.
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Daha çox qan tökülmədən, yanğın daha da yayılmadan və qardaş xalqlar arasında daha böyük düşmənçilik yaranmadan əvvəl bu qarışıqlıq bitməlidir”, - o bildirib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran cavab olaraq ABŞ-ın bölgədəki hərbi bazalarına və İsrailə zərbələr endirir.
Xəbər 47 dəfə oxunub.