Şimali Koreya ölkəni cənub qonşusu ilə birləşdirən yolları partlatmağa hazırlaşır.
Aktual.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən məlumat verilib.
"Oktyabrın 9-dan Koreya Xalq Ordusu ordusu Könison və Tonhe xətləri boyunca yollarda partlayış törətməklə məşğuldur”, - məlumatda qeyd olunub.
Qeyd edilib ki, birinci xətt yarımadanın qərbində yerləşir və Keson və Paju şəhərlərini birləşdirir, ikincisi Yapon dənizi sahillərində yerləşir.
Xəbər 161 dəfə oxunub.