Bu gün Türkiyənin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində mühacirləri daşıyan gəminin batması nəticəsində 10 nəfər ölüb.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mühacirləri daşıyan gəmi Yunanıstanın Midilli adasına keçmək istəyərkən qəzaya uğrayıb.
Gəmidəkilərdən 43-nü xilas etmək mümkün olsa da, 5-i azyaşlı olmaqla, 10 nəfər batıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Bölgədə Sahil Təhlükəsizlik Qrupları tərəfindən axtarış tədbirlərinə başlanılıb.