"Müfəttişlərimiz işlə təmin olunacaq" — Nazirlikdən Açıqlama


"Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq".

 Aktual.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq", - deyə nazir müavini bildirib.

M. Pənahov "işsiz qalanlar olacaqmı" sualına bu cür cavab verib: "Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq".

Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR