Müğənnilər başı kəsilən biznes ledi haqda danışdı

Müğənnilər başı kəsilən biznes ledi haqda danışdı

Tanınmış müğənnilər Mətanət Əsədova, Könül Kərimova və əməkdar artist Mətanət İsgəndərli ötən gün qətlə yetirilən “Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın barədə danışıblar.

Xatırladaq ki, mərhum biznes-ledi “Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib. Onun başı kəsilmiş şəkildə meyiti tapılıb. Xatırladaq ki, bir sıra məşhurların, o cümlədən Mətanət İsgəndərli, Könül Kərimova və Mətanət Əsədovanın adı onun müştəriləri siyahısında çəkilir.

Aktual.az xəbər verir ki, Ölkə.az adı öldürülən şəxsin müştərisi qismində çəkilən xanım sənətçilərlə əlaqə saxlayıb. Müğənni Mətanət Əsədova bildirib ki, hazırda yas yerindədir:

"Danışa bilmirəm... Hazırda onun yas yerindəyəm. Məryəm xanım mənim yerlim idi. Onu çox yaxşı insan kimi tanımışam. Elə insan yox idi".

Müğənni Könül Kərimova isə məsələ ilə bağlı fikir bildirmək istəməyib. O, əməkdaşımızın sualına "bu haqda heç nə danışmayacağam" deyərək cavab verib.

Xəbər 1294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR