Müğənni Abbas Bağırova nazirlikdən SƏRT CAVAB

Müğənni Abbas Bağırova nazirlikdən   SƏRT CAVAB

Vergilər Nazirliyi əməkdar artist Abbas Bağırovun ittihamlarını cavabsız qoymayıb.


Aktual.az  1xeber.com-a istinadən bildirir ki, vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlərlə görüşündə vergidən yayınan şou-biznes nümayəndələrindən söz açarkən Abbasın ittihamlarına faktlarla cavab verib:

"Bu gün bir müğənni bizim haqqımızda böhtan yayıb. Amma bizdə olan faktlara görə, həmin şəxs 2004-2006-cı illərdə 0 manat, 2007-ci ildə 1 829 manat, 2008-ci ildə 2 979,5 manat, 2009-cu ildə 351,4 manat, 2010-2014-cü illərdə 0 manat və 2015-ci ildə 700 manat, bu il isə bir qədər sıxdıqdan sonra 2 098 manat vergi ödəyib".

Nazir müavini qeyd edib ki, Azərbaycanda bu günə qədər 6 347 şou-biznes nümayəndəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçib və onlar ümumilikdə əvvəllər ildə 46-50 min manat həcmində vergi ödəyib. Sahib Ələkbərov bu məbləğin müğənnilərin qazancları ilə üst-üstə düşmədiyini qeyd edib: "Halbuki, bu pulu onların arasında 50-100 nəfəri ödəməlidir. Hazırda 55 vergi işi məhkəmədədir və 596 nəfərin ölkədən çıxışı məhdudlaşdırılıb".

Xatırladaq ki, Abbas Bağırov bu gün sosial şəbəkədə vergi orqanlarını özbaşınalıqda günahlandırıb:
"Bu qədər özbaşınalıq mən hələ görməmişdim. Vergi idarəsinin bir əməkdaşı 2 ay əvvəl mənə zəng vurub toy məclisində oxumağımı istədi.
Təəssüflər olsun ki, iştirak edə bilmədim. Çünki başqa bir tədbirdə olmalıydım. Bu söhbətimizdən sonra vergi işçisi sərt şəkildə mənə dedi ki, mən səni ƏDV-yə, yəni əlavə dəyər vergisinə cəlb edim, sən də bax! Və bu gün mənə zəng vurub xəbərdarlıq edirlər ki, siz ƏDV-yə düşmüsüz və 30 000 manat borcunuz var. Həm də heç bir sübut olmadan və bu mövzuda mənimlə hesablamalar aparılmadan!"

Nümunəvi vergi ödəyicisi olduğunu qeyd edən sənətçi vergi borcu olmadığını bildirib.

Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR