Müəllimlərin məzuniyyət pulunun verilməməsi ilə bağlı xəbərlərə NAZİRLİKDƏN REAKSİYA

Müəllimlərin məzuniyyət pulunun verilməməsi ilə bağlı xəbərlərə   NAZİRLİKDƏN REAKSİYA

Ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilərin məzuniyyət haqları tam həcmdə maliyyələşdirilib.

Aktual.az  bildirir ki, bir sıra rayonlarda, o cümlədən Cəlilabad rayonunda müəllimlərin məzuniyyət pulunun verilməsində gecikmənin olması, bunun da guya maliyyə təminatında çətinliklərdən qaynaqlanması ilə bağlı xəbərlərlə bağlı Trend-in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətindən deyilib ki, ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilərinin əməkhaqqı və məzuniyyət pullarının verilməsində heç bir gecikmə yoxdur və cari ilin 15 iyul tarixinə bu ödənişlər tam həcmdə maliyyələşdirilib.

"Təhsil işçilərinin məzuniyyət haqları Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər - rayon təhsil şöbələri və ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən aparılmış hesablamalara əsasən təqdim edilmiş sifariş və ödəniş sənədlərinə müvafiq olaraq tam məbləğdə ödənilib. O ki qaldı Cəlilabad rayonu üzrə ödənişlərə, bildirir ki, təqdim edilmiş sifarişlər əsasında vaxtı-vaxtında maliyyələşmə aparılmış və rayon təhsil şöbəsinin təqdim etdiyi arayışa əsasən, pedaqoji işçilərə 2016-cı ilə üzrə əməkhaqqı və məzuniyyət haqlarına görə hər hansı borc yoxdur", - deyə nazirlik bəyan edib.

Maliyyə Nazirliyi bir daha bəyan edir ki, tez-tez məqsədli şəkildə büdcənin icrasında, eləcə də sosial sahədəki xərclərin maliyyələşdirilməsində çətinliklərin olması ilə bağlı yayılan və heç bir əsası olmayan məlumatlar həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.

Bununla yanaşı, Maliyyə Nazirliyi büdcədən vəsait ayrılması ilə əlaqədar hər hansı sualları olanlara mətbuat orqanlarında məsuliyyətsiz çıxışlar etmək əvəzinə məsələnin aidiyyəti qurumlarla, o cümlədən Maliyyə Nazirliyi ilə əlaqə saxlayaraq araşdırılmasını tövsiyə edir.

Xəbər 723 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR