Müəllimlərin əmək məzuniyyətinin vaxtında dəyişlik edilib

Müəllimlərin əmək məzuniyyətinin vaxtında dəyişlik edilib

Azərbaycanda dərslərin iyunun 14-də başa çatması ilə əlaqədar müəllimlərin əmək məzuniyyətinə çıxma vaxtında dəyişiklik edilib. 
 
Aktual.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə əmək məzuniyyəti  iyulun 1-dən veriləcək. Tədris ilinin iyunun 14-də başa çatması müəllimlərin məzuniyyəti ilə bağlı məktəblərdə heç bir problem yaratmayacaq.
 
Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri, bir qayda olaraq, yay tətili dövründə verilir.
 
Qeyd edək ki, bu ilədək Azərbaycanda orta məktəblərdə tədris ili mayın 31-də başa çatıb, müəllimlər iyunun 16-dan və iyulun 1-dən olmaqla əmək məzuniyyətinə çıxıblar. Bu ildən isə dərslər iyunun 14-də başa çatacaq və müəllimlərə əmək məzuniyyəti  iyulun 1-dən veriləcək
Xəbər 817 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR