Müəllimlər üçün yeni qaydalar hazırlanır

Müəllimlər üçün yeni qaydalar  hazırlanır

Təhsil Nazirliyinin dəstəyi ilə “İnkişaf” Elmi Mərkəzi tərəfindən “Müəllimlər üçün peşə standartlarının hazırlanması” layihəsi həyata keçirilir. Pilot layihə çərçivəsində müəllimlərin peşə standartları müəyyənləşdirilir.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində dərs deyən 500 nəfər Azərbaycan dili və 500 nəfər Riyaziyyat müəllimi 2 mərkəzdə (18 və 220 nömrəli tam orta məktəblər) toplanaraq peşə standartlarının müəyyənləşdirilməsində və anonim qiymətləndirilməsində iştirak edəcəklər.

Qeyd edək ki, hazırlıq prosesində olan standartlar üzərində təcrübə aparılır, peşəkarların fikirləri öyrənilir. Eyni zamanda, hazırlanmış peşə standartlarının obyektivliyini və vahidliyini müəyyənləşdirmək məqsədi ilə müəllimlər tərəfindən anonim qiymətləndirilmə də nəzərdə tutulur.

Bu standartlar “Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi”nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların göstərilməsinə xidmət edəcək və Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verəcək.

Eyni zamanda, müəllimlərin peşə standartlarının hazırlanması Azərbaycanda müəllim heyətinin müasir tələblərə cavab verməsində rol oynayacaq. Bu standartların hazırlanması müəllim kompetensiyalarının inkişafının istiqamətləndirilməsinə, müəllim peşəsinin nüfuzunu artırılmasına zəmin verəcək, həmçinin, hər bir müəllimə dünya təcrübəsinə yiyələnmək imkanı da yaradacaq.

Bildirək ki, layihənin icrası müddətində dərslərin müşahidəsi və hədəf qruplarda müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR