Nömrə daşınması prosesində yenilik

Nömrə daşınması prosesində yenilik

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”na dəyişikliklər edib. 



Aktual.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mobil nömrələrin daşınması xidmətindən istifadə edən abunəçilərin rahatlığını təmin etmək məqsədilə nömrə daşınması prosesində nəzərdə tutulan müddət qısaldılıb.


Belə ki, dəyişikliklərə əsasən artıq mobil nömrələrin daşınması üçün tələb olunan 6 iş günü müddəti 3 iş günü müddətinə endirilib. Bundan sonra abunəçinin xidmətdən istifadə edilməsi ilə bağlı ərizəsinin qəbul olunduğu vaxtdan sonra 3 iş günü müddətində nömrəsinin daşınması həyata keçiriləcək. Bu da mobil nömrələrin daşınmasının daha operativ və çevik reallaşdırılması, abunəçilərin sözügedən xidmətə olan maraqlarının artırılmasına xidmət edir.


Dəyişikliklərdən biri də abunəçilərin borcları ilə bağlı olub. Məlumat üçün bildirək ki, bu vaxta qədər borcu olan mobil nömrələrin daşınmasına icazə verilmirdi. Hətta “post paid” abunəçiləri tərəfindən borcla bağlı ödəniş ediləndən sonra abunəçi hər hansı bir nömrəyə zəng edirdisə, bu zaman yaranan 5-10 qəpik də borc hesab olunurdu və ona görə də nömrənin daşınmasından imtina edilirdi. Yeni dəyişikliyə görə, bu məsələ də aradan qaldırılıb. Belə ki, bundan sonra qeyd olunan abunəçilər üçün sözügedən borclar cari borclar hesab olunaraq daşınmaya icazə veriləcək və hesablama sonradan aparılacaq.


Yeni dəyişikliklərin tətbiqinə martın 2-dən etibarən başlanılıb. Azərbaycanda mobil nömrə daşınması xidmətinin tətbiqinə başlanıldıqdan bu vaxta qədər təxminən 17 mindən çox nömrə bir operatordan digərinə daşınıb.


Qeyd edək ki, respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidməti 1 fevral 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi sellülar (mobil) nömrənin (nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə sellülar (mobil) xidməti göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.


Xəbər 694 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR