ABŞ-ın Massaçusets ştatında riyaziyyat müəlliməsini qətlə yetirərək zorlayan 14 yaşlı Filip Çizm ömürlük həbs cəzasına məhkum edilib.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, vəkillər yeniyetmənin psixi xəstə olduğunu iddia etsələr də, məhkəmə qərarında israrlı olub.
Məlumata görə, hökmə əsasən, Filip Çizm 40 ildən sonra şərti azadlığa çıxmaq imkanı əldə edəcək.
Qeyd edək ki, Filip Çizm 24 yaşlı Kollin Ritseri 2013-cü ildə qətlə yetirib. Müəllimənin meyiti məktəbin yaxınlığındakı meşə zolağında tapılıb.