Müəllim olmaq istəyənlərin apelyasiya müraciəti başa çatıb

Müəllim olmaq istəyənlərin apelyasiya müraciəti başa çatıb

Müəllim olmaq istəyən namizədlərin şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apelyasiya qaydasında müraciəti başa çatıb.

Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsi ilə bağlı yekun nəticələr hər bir namizədin şəxsi səhifəsinə göndərilib.
İyulun 27-dən 29-na qədər namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apelyasiya qaydasında müraciət ediblər. Müraciətlərin nəticələri avqustun 6-na qədər şəxsi səhifəyə göndəriləcək.
Bu il müsabiqəyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir.
Xəbər 192 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR