Müdafiə Nazirliyi PKK xəbərini araşdırır

Müdafiə Nazirliyi PKK xəbərini araşdırır

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, PKK terror təşkilatı Ermənistana dəstək məqsədilə 400 yaraqlını Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib.

Məlumata görə, terrorçular Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli bölgəsində yerləşdirilib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında bildirib ki, hazırda bu xəbələrlə bağlı araşdırma aparılır.

“Hazırda bu məlumatın qaynağı araşdırılır. Məsələ araşdırıldıqdan sonra nazirlik mövqeyini açıqlayacaq”,- V.Dərgahlı bildirib.

Qeyd edək ki, Türkiyə KİV-lərin yaydığı xəbərdə terrorçuların İraq və Suriya düşərgələrindən Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir. Məlumatlara görə, PKK-nın Ermənistana hərbiçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir.

Bundan başqa PKK-nın Suriya qanadı olan PYD-nin tərkibində 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.

Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR