Məhkəmə zalından azadlığa buraxıldığı deyilən zabitin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur.
Müdafiə Nazirliyi Mətbuat Xidmətindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində guya Müdafiə Nazirliyinin həbs edilən zabitinin məhkəmə zalından azadlığa buraxılması barədə məlumatlar yayılıb.
Rəsmi olaraq bildiririk ki, qeyd olunan faktın və şəxsin Müdafiə Nazirliyinin strukturuna heç bir aidiyyəti yoxdur.