Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi birgə tədbirlər həyata keçirəcək

Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi birgə tədbirlər həyata keçirəcək

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2016-cı il üçün birgə tədbirlər planı imzalanıb.

Aktual.az Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədə əsasən keçiriləcək tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər təşkil olunacaq.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, tarixçilər, elm xadimləri, ilahiyyatçı alimlərin iştirakı ilə birgə dəyirmi masaların təşkili də nəzərdə tutulub.

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR