Müdafiə nazirinin müavini təyin edilən şəxs kimdir? – DOSYE

Müdafiə nazirinin müavini təyin edilən şəxs kimdir? – DOSYE

Azərbaycan Müdafiə Nazirliyində yeni təyinat olub. 
 
Müdafiə Nazirliyindən Aktual.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
 
Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə  Bakı şəhərində anadan olub.
 
2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr  təhsili alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.
 
2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
 
Ailəlidir. İki övladı var.

Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR